Ümumi çəkisi 18,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

post-img

Martın 25-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 18,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 10,9 kiloqrama yaxın marixuana, 1,5 kiloqrama yaxın tiryək, 2,1 kiloqramdan çox metamfetamin, həmçinin 3613 ədəd metadon həbi olub.  
Bu istiqamətdə mübarizə davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər