Prezident seçkilərinin monitorinqinin nəticələrini açıqlayan Pakistan parlamentinin nümayəndə heyətinin rəhbəri Faysal Salim Rəhman deyib ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası fevralın 7-də prezident seçkilərinin təşkilini yüksək səviyyədə həyata keçirib.
Nümayəndə heyətinin rəhbəri medianın seçkiləri işıqlandırması üçün bütün şəraitin yaradıldığını qeyd edib: “Müşahidələrimizə əsasən deyə bilərik ki, seçkilər demokratik prinsiplərə uyğun şəraitdə baş tutub. Gənclərin seçki prosesində aktivliyi xüsusilə diqqət çəkirdi, o cümlədən seçici aktivliyi yüskək səviyyədə idi. Seçkilərin şəffaf və beynəlxalq standartlara uyğun keçirildiyini deyə bilərik”, - deyə Faysal Salim Rəhman deyib.
Əliqismət BƏDƏLOV
XQ

