“Şuşa və Xankəndidə səsvermə əlamətdar hadisədir”

post-img

Növbədənkənar prezident seçkilərini müşahidə etmiş Türk Dövlətləri Təşkilatının müşahidəçiləri seçkilərin çox şəffaf mühitdə və qanun pozuntusu olmadan keçirildiyni bildirib. Bu barədə təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyev dünən seçkilərin yekunu ilə bağlı keçirdikləri mətbuat konfransında məlumat verib. O deyib ki, Azərbaycanda seçkilər müvafiq qayda və qanunlara uyğun olaraq təşkil edilib, şəffaf şəkildə və heç bir qanun pozuntusu aşkarlanmadan keçib. 

Baş katib deyib ki, seçki günü missiyamız, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub, 22 məntəqəyə baş çəkib. “Müşahidəçilərimiz Şuşa və Xankəndi­də səsvermə prosesini izləyiblər. Bu, çox əlamətdar hadisədir. Həm Bakıda, həm də işğaldan azad edilmiş ərazilərdə bütün prosedurlara və səsvermənin gizliliyinə riayət olunub”.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər