Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri zamanı müşahidə aparan kambocalı deputat Mosine Sos seçkilərin beynəlxalq standartlara uyğun təşkil edildiyini bildirib.
Prezident seçkilərinin monitorinqinin nəticələrini açıqlayan Kamboca parlamentinin nümayəndə heyətinin üzvü, deputat M.Sos deyib ki, seçkilər tam azad və şəffaf şəraitdə keçirilib. Seçkinin təşkilində müasir texnologiyalardan geniş şəkildə istifadə olunması təqdirəlayiqdir.
Onun sözlərinə görə seçkilər beynəlxalq standartlara uyğun təşkil edilmişdi. Bütün namizədlərə bərabər şərait yaradılmışdı. Baş çəkdiyimiz məntəqələr lazımi şərait və zəruri avadanlıqla təmin edilmişdi. Səsvermə prosesi tam şəffaf idi və biz bu prosesi rahat izləyə bildik. Sonda səslərin sayılması beynəlxalq standartlara uyğun keçirildi. Müşahidələrimiz zamanı seçicilərin vəhdətini gördük. Bütövlükdə, səsvermə prosesinin dinc və sərbəst şəraitində keçdiyini müşahidə etdik. Birmənalı deyə bilərik ki, Azərbaycanda seçkilər azad, ədalətli və şəffaf keçirilib. Proses zamanı demokratik mühit hökm sürürdü. Hər hansı zorakılıq, qanun pozuntusu aşkar edilməyib. Azərbaycan hökumətini və xalqını uğurlu seçkilərlə bağlı təbrik edirik.
Əliqismət BƏDƏLOV
XQ

