“Qarabağ seçiciləri yüksək mövqe nümayiş etdirdilər”

post-img

Fevralın 8-də Belarus parlamentinin müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə parlamentin Respublika Şurasının sədr müavini Valeri Belski Qarabağda yerləşən iki seçki məntəqəsində səsvermənin gedişini müşahidə etdiyini bildirib. 

Həmin məntəqələrdə seçicilərin yük­sək fəallıq nümayiş etdirdiyini diqqətə çatdırıb.

V.Belski deyib ki, seçkilərin şəffaf keçdiyini müşahidə etdim. İnsanlar xoş məramla, bayram əhvali-ruhiyyəsində prosesə qoşulmuşdular.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər