“Bu seçkilər inkişaf etmiş ölkələrdəki kimi idi”

post-img

Bu fikirləri növbədənkənar prezident seçkilərini müşahidə etmiş İraq nümayəndə heyətinin rəhbəri Cabbar Al-Çnani mətbuat konfransında bildirib. O deyib ki, Azərbaycanda olmaqdan şadıq, dəvət edildiyimiz üçün minnətdarıq. Azərbaycanda fevralın 7-də prezident seçkilərinin şəffaf, azad və demokratik şəkildə keçirildiyini müşahidə etdik. 

İraqlı müşahidəçilərin seçki məntəqələrində səsverməyə gələnlər arasında sorğu keçirdiyini bildirən nü­mayəndə heyətinin rəhbəri ümumilikdə 7 məntəqədə olduqlarını diqqətə çatdırıb: “Seçicilərlə söhbətlər apardıq. Müşahi­dələr göstərdi ki, Azərbaycanda keçirilən bu seçkilər inkişaf etmiş ölkələrdən elə də seçilmir”.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər