“Seçim azad və ədalətli aparıldı”

post-img

Növbədənkənar prezident seçkilərinin şəffaf, azad və ədalətli şəkildə keçirilməsi ilə əlaqədar Qoşulmama Hərəkatının Gənclər Təşkilatı bəyanat yayıb. Bu barədə təşkilatın keçirdiyi mətbuat konfransında məlumat verilib.

Bəyanatda qeyd edilir ki, Qoşul­mama Hərəkatının Gənclər Təşkilatı 2024-cü ildə keçirilən seçkilərdə müşa­hidə statusuna layiq görülüb. Müşahidə missiyamıza bir çox respublikanın təm­silçiləri qatılıb. Bakıda müxtəlif qruplara bölünərək, bir çox məntəqələrdə müşa­hidələr aparmışıq. Seçkilər açıq, şəffaf, azad və ədalətli aparılıb. Gedəcəyimiz yerləri də özümüz seçdik, heç kim mü­daxilə etmədi. Qoşulmama Hərəkatının Gənclər Təşkilatı seçkilərdə seçici fəal­lığının yüksək olmasını təqdir edir və alqışlayır.

Həmçinin qeyd edilib ki, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı ilk dəfə seçkilərdə müşahidəçi qismində iştirak etdi. Məncə, biz dünyada birinci gənc­lər təşkilatıyıq ki, müşahidəçi qismində prezident seçkilərində iştirak etmişik. Bu da onu göstərir ki, Azərbaycan gənclərin dünyanın inkişafında roluna yüksək əhə­miyyət verir.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər