Liderlər İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik ediblər

post-img

Fevralın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Vladimir Putin İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını ifadə edib.

Dövlət başçıları müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrimi­zin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əmin­liklərini bildirib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

***

Fevralın 8-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Şarl Mişel fevralın 7-də Azərbaycan Respublikasında keçi­rilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulayıb.

Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olu­nub. Şarl Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İtti­faqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğulayıb.

Tərəflər COP29-un Azərbaycanda keçirilməsi və bu çər­çivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunublar.

Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermə­nistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib.

Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədi­yini bildirib.

Söhbət zamanı Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan Res­publikasının Prezidenti Administrasiyası və Ermənistanın baş nazirinin aparatı arasında dekabrın 7-də ikitərəfli əsasda qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu vur­ğulanıb. 

***

Fevralın 8-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevə zəng edib.

Qazaxıstan dövlətinin başçısı İlham Əliyevi prezident seç­kilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar arzu­layıb. Kasım-Jomart Tokayev dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanmasının və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənmə­sinin önəmini qeyd edib.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan–Qazaxıstan dostluq və qardaş­lıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin­liklərini ifadə edərək əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

***

Fevralın 8-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Qırğızıstan Prezidenti dövlətimizin başçısı İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. Sadır Japarov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının önəmini bir daha qeyd edərək, ölkəmizdə sürətli inkişaf proseslərinin getdiyini və dövlətimizin beynəlxalq mövqelərinin daha da güc­ləndiyini vurğulayıb.

Qırğızıstan dövlətinin başçısı ikitərəf­li münasibətlərimizin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu ehtiramla qeyd edib. 

Sadır Japarov Prezident İlham Əliyevə Azərbaycanın tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb. 

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib. 

Telefon söhbəti zamanı Azərbaycan və Qırğızıstan prezi­dentləri ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bun­dan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqərimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

***

Fevralın 8-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Emoməli Rəhmon İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inki­şafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.

Tacikistan dövlətinin başçısı Prezident İlham Əliyevin rəh­bərliyi ilə ölkəmizin son illər bütün sahələrdə böyük nailiyyətlər qazanmasının və Azərbaycanın dünyada nüfuzunun daha da artmasının əhəmiyyətini vurğulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə min­nətdarlığını ifadə edib.

Azərbaycan və Tacikistan prezidentləri dostluq və qardaş­lıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirərək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

***

Fevralın 8-də Albaniya Respublikasının Prezidenti Bay­ram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

Bayram Beqay dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb. 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. 

Dövlət başçıları Azərbaycan-Albaniya ikitərəfli münasibətlə­rinin inkişafından məmnunluqlarını ifadə ediblər, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

***

Fevralın 8-də İraq Kürdüstan Regionunun başçısı Neçir­van Bərzani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

Neçirvan Bərzani prezident seçkilərində qələbə qazanması münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb, ona fəaliyyətin­də uğurlar arzulayıb. 

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Neçirvan Bərzani keçirdikləri gö­rüşləri məmnunluqla xatırlayaraq, bunun əməkdaşlığın geniş­lənməsi işinə xidmət etdiyini vurğulayıblar.

*** 

Fevralın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezi­denti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

Ersin Tatar prezident seçkilərində inamlı qələbə münasibə­tilə dövlətimizin başçısını təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. 

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib. 

Telefon söhbəti zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsin­də əməkdaşlığın önəminə toxunularaq bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminlik bildirilib.

***

Fevralın 8-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Azərbaycan Respublikasının Preziden­ti İlham Əliyevə zəng edib. 

Dövlət Bağçalı İlham Əliyevə prezident seçkilərində qazan­dığı qələbə münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Qələbənin və suverenliyimizin tam bərpa olunmasının önəmini bir daha vur­ğulayıb. 

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib. 

Telefon söhbəti zamanı Azərbaycan–Türkiyə dostluq və qar­daşlıq əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf edəcəyi vurğulanıb.

Prezidentin Mətbuat Xidməti

Son xəbərlər