Qlobal ekoloji məclisə hazırlıq start götürüb

post-img

Prezident İlham Əliyevin sədrliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-la bağlı bu ilin dekabrın 15-də keçirilən müşavirədən irəli gələn məsələlərlə bağlı İqtisadiyyat Nazirliyində videokonfrans keçirilib.

Nazirliyin məlumatına görə, tədbir­də iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Neft Şirkətinin (SO­CAR) prezidenti Rövşən Nəcəf və nazir­liyin struktur bölmələrinin rəhbərləri işti­rak ediblər. Videokonfransda SOCAR-ın hazırladığı COP-la bağlı nümunəvi bey­nəlxalq təcrübəyə dair təqdimat nümayiş olunub. COP-un ev sahibi ölkələrə iqlim hədəfləri ilə bağlı verdiyi üstünlük, həm­çinin COP28-in fokus sahələri, dekar­bonizasiya gözləntiləri barədə məlumat verilib.

Qeyd olunub ki, 2024-cü ildə ölkə­mizdə keçiriləcək COP29 dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma­dır. Bu tədbirin Azərbaycanda keçirilmə­si böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqe­yini təsdiqləyir.

Azərbaycan BMT-nin İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öz töhfəsini verir. SO­CAR-ın COP28-də metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür.

Qeyd edək ki, “Yaşıl iqtisadiyyata ke­çid” və “yaşıl enerji” təchizatçısına çev­rilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət başçısının müvafiq sərəncamı ilə 2024-cü ilin ölkə­mizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu istiqamətdə təşəb­büsləri stimullaşdıracaq.

XQ

Son xəbərlər