Ölkəmiz dekarbonizasiya ideyalarına sadiqdir

post-img

COP29 konfransına ev sahibliyinin Azərbaycana həvalə olunması ölkənin iqlim gündəliyinə və dekarbonizasiya planlarına sadiqliyini əks etdirir. Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi üzrə vitse-prezidenti Alfonso Qarsia Mora deyib. Onun sözlərinə görə, Azərbaycanın milli səviyyədə müəyyən edilən töhfəsi beynəlxalq dəstəklə 2050-ci ilədək tullantıların 1990-cı illə müqayisədə 40 faizədək azaldılmasını nəzərdə tutur. 

İqlim dəyişikliyinin inkişaf etməkdə olan ölkələrdə insanların həyatına ciddi təsir göstərdiyini və yoxsulluqla müba­rizə səylərinə maneçilik törətdiyini vur­ğulayan vitse-prezident Azərbaycanın da bu baxımdan istisna olmadığını bildirib. O deyib ki, Dünya Bankı Qrupu tərəfin­dən hazırlanmış Azərbaycana dair İqlim və İnkişaf Hesabatına əsasən, 2060-cı ilədək 44 milyard ABŞ dolları dəyərində investisiyalar lazımdır. “Hesabatımıza əsasən, iqlim hədəfləri "təmiz" enerjiyə qoyulan investisiyalar təcili artırılaraq, 2030-cu ilədək təqribən 1 milyard dollara çatdırılmadan əldə oluna bilməz. Lazımi investisiyaların mühüm hissəsi kommer­siya və özəl sektor tərəfindən qoyulmalı­dır” – deyə IFC-nin vitse-prezidenti deyib.

Dünya Bankının enerji sektorunun idarə olunmasına yardım proqramının təhlilini xatırladan Alfonso Qarsia Mora Azərbaycanın dənizdə külək enerjisi potensialının 157 qiqavat olaraq qiy­mətləndirildiyini diqqətə çatdırıb. Onun fikrincə, bu, ölkənin hazırda təqribən 8 qiqavat olan ümumi quraşdırılmış gücü ilə müqayisədə çox böyük rəqəmdir. Bununla yanaşı o qeyd edib ki, Azər­baycanın Energetika Nazirliyi, Dünya Bankı və IFC tərəfindən dərc olunmuş dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi göstərir ki, ölkə 2040-cı ilə­dək 7 qiqavat dənizdə külək enerjisinin quraşdırılması üçün potensiala malik­dir. “Bu külək enerjisindən istifadə tam məşğulluq ekvivalentində 69 min ildən çox iş və 7 milyard dollara qədər yerli ümumi əlavə dəyər yaratmağa imkan verə bilər. Azərbaycanla dənizdə külək enerjisi potensialının inkişafında əmək­daşlıq və ölkəyə özəl investisiyalar cəlb etmək hesabına yeni səviyyəyə nail ol­maqda kömək göstərməkdə əməkdaş­lıq üçün bütün imkanlarımız var. Dünya Bankı hökumətlə dənizdə külək enerjisi­nin inkişafı üzrə yol xəritəsinin reallaşdı­rılması, bu sahənin inkişafına təşəbbüs göstərilməsi və ölkəyə tərtibatçılarla özəl investorların cəlb olunması üzərin­də çalışır”, – deyə Mora əlavə edib.

XQ

Ekologiya