"Politico"nun məlumatına görə, Ukrayna nümayəndə heyəti bu gün "sülh planı"nı müzakirə etmək üçün ABŞ-a səfər edəcək.
Bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti Ukraynadakı müharibəyə son qoymaq üçün təklif olunan "sülh planı"nı amerikalı həmkarları ilə müzakirə etmək üçün birlikdə ABŞ-a səfər edəcək.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski dünən nümayəndə heyətinə Umerovun rəhbərlik edəcəyini açıqlamışdı. Bu, onun Ukraynanın Qərb müttəfiqləri ilə əsas əlaqə saxlayan baş müşaviri Andriy Yermakı işdən çıxarmasından sonra baş verdi.
"Politico"nun məlumatına görə, Zelenski danışıqlar aparanları üçün aydın bir vəzifə qoyub: "müharibəyə son qoymaq üçün lazım olan addımları tez və əsaslı şəkildə hazırlamaq".
Bu vəzifəni yerinə yetirmək üçün Ukrayna rəsmiləri Floridada ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkov və Trampın kürəkəni Cared Kuşner ilə görüşəcəklər.
Umerovdan əlavə, Ukrayna nümayəndə heyətinə Ukrayna kəşfiyyatının rəisi Kiril Budanov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da daxil olacaq.
Cenevrə görüşünün nəticələri danışıqlarda müzakirə olunacaq və razılaşdırılacaq.
Tramp özü əvvəllər "sülh planının" "son təklif" olmadığını bildirmişdi.
Sayt qeyd edir ki, Uitkov gələn həftənin əvvəlində Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək.
S.ELAY
XQ

