Papa XIV Leo: Ərdoğan müharibəni bitirmək üçün bir yol tapa bilər

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna, Rusiya və ABŞ liderləri ilə təmasları dialoqu asanlaşdıra, atəşkəsə nail ola və müharibəni bitirmək üçün bir yol tapa bilər. Bunu Vatikanın rəhbəri Papa XIV Leo Türkiyəyə səfərinin yekunlarını şərh edərkən deyib.

Məlumatı “Anadolu” verib. 

Pontifik həmçinin qeyd edib ki, müsəlmanların əksəriyyətinin xristian azlıqlarla çiyin-çiyinə yaşadığı Türkiyə müxtəlif dinlərə mənsub insanların necə sülh şəraitində birgə yaşaya biləcəyini nümayiş etdirir. Onun sözlərinə görə, bu baxımdan Türkiyə “bütün dünyada arzuladığımız” nümunədir.

O, Fələstin probleminin həlli perspektivlərindən danışaraq, Vatikanın iki dövlətli həll yolunu dəstəklədiyini bir daha təsdiqləyib. 

XIV Leo Türkiyənin ardınca Livanın paytaxtı Beyruta gedib və burada prezident Cozef Aun, parlament sədri Nəbih Berri və baş nazir Navaf Salam ilə görüşüb.

P.ƏMİRCANOV

XQ

 

Dünya