Azərbaycanın Asiya Parlament Assambleyasına sədrliyə namizədliyi irəli sürülüb

post-img

Dünən Milli Məclisdə Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası keçirilib. Açılış mərasimində qurumun baş katibi Muhammed Reza Məcidi Asiya qitəsində həmrəylik, əməkdaşlıq və parlament diplomatiyasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikasının 2024-2025-ci illər üçün Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini rəsmən irəli sürdüyü barədə məlumat verib. O, Asiya Parlament Assamleyası bütün üzv dövlətlərinə müraciət edərək hər birindən Azərbaycanın sədrliyinə öz dəstəyini verməsini xahiş edib.

Tədbirdə çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizin bu təşkilata sədr seçiləcəyi təqdirdə, APA-nın institusional strukturunun təkmil­ləşdirilməsi və digər parlamentlərarası qurumlarla əməkdaşlığının genişləndi­rilməsi məsələlərinə xüsusi önəm verə­cəyini qeyd edib və iştirakçı ölkələrin bu sahədə respublikamıza dəstək ola­caqlarına ümidvar olduğunu bildirib. O, həmçinin Azərbaycan Milli Məclisinin parlament diplomatiyası vasitəsilə Asiya dövlətlərinin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini, qanunveri­ci orqanımızın bu istiqamətdə xeyli səy göstərdiyini də diqqətə çatdırıb.

Sahibə Qafarova sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yer­ləşən Ermənistan silahlı qüvvələrinin bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdığını və buna ca­vab olaraq, ölkəmizin regionda lokal an­titerror tədbirlərinə başladığı barədə də məlumat verib. Onun sözlərinə görə, bu tədbirlərin məqsədi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərksilah edilərək çıxarıl­ması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təh­lükəsizliyinin təmin edilməsi və Azər­baycan Respublikasının Konstitusiya quruluşunun bərpası olmuşdur. S.Qafa­rova, həmçinin ötən gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciə­tinə baxılaraq qeyd olunan şərtlər əsa­sında lokal antiterror əməliyyatlarının dayandırılması barədə razılıq əldə olun­duğunu da diqqətə çatdırıb. 

S. Qafarova erməni sakinlərin nü­mayəndələri ilə dünən keçirilən müza­kirələrin onların Azərbaycan cəmiyyə­tinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində, Ermənistanın da nor­mallaşma prosesi çərçivəsində məsu­liyyətli davranacağına və regionumuz­da uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib. O, Azərbay­canın güclü iradəsinə və uzunmüddət­li sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermə­nistanın bunun əksinə hərəkət etdiyini xatırladıb. Deyib ki, razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək, real danışıqlardan qaçmaq, hərbi-siyasi təxribatlar törətmək, əra­zilərimizdə yaradılmış qanunsuz sepa­ratçı rejimi bütün mümkün vasitələrlə ayaqda saxlamaq cəhdləri Ermənista­nın son iki il yarım ərzində dəyişməyən davranışlardır 

Milli Məclisin Sədri əlavə edib ki, ölkəmiz dəfələrlə Ermənistanın 10 min­dən çox silahlı əsgərinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmasını və qondarma rejimin ləğvini tələb edib, bunun regionda sülhə və sabitliyə nail olmaq üçün vacib şərt olduğunu bildirib.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər