Türkiyə bu gün də Azərbaycanın yanındadır

post-img

Sentyabrın 21-də Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova zəng edib.

Türkiyəli nazir antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Azərbaycanın müdafiə nazirini təbrik edib, Tür­kiyənin həmişəki kimi Azərbaycanın yanında olduğunu qeyd edib. 

General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ böl­gəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə əldə edilən hərbi uğurlardan danışıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın suveren ərazilərində zəruri hesab etdiyi tədbirləri görmək, Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin uzun müddətdir davam edən hücum və təxri­batlarının qarşısını almaq üçün sentyabrın 19-da Qarabağda başlatdığı antiterror tədbirləri nəticəsində qəbul olunan qərarı və bölgədəki son hadisələri yaxından izləyirik. Bu barədə Tür­kiyə Milli Müdafiə Nazirliyinin həftəlik brifinqində bildirilib.

“Can Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün at­dığı addımları, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində səmimi cəhdləri dəstək­lədiyimizi, “bir millət, iki dövlət” düşüncəsi ilə kədərdə və se­vincdə də bir olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanlarında olmaqda davam edəcəyimizi bir daha vurğulayırıq”, - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

XQ

Son xəbərlər