Qarabağ bölgəsində minalar zərərsizləşdirilir

post-img

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xa­rakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azər­baycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfin­dən ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər icra edilir.

Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər rayo­nunun Çərəktar kəndinin cənubunda Vətən müharibəsindən sonra müdafiə xətti quraraq bu istiqamətdə xeyli sayda mina basdırıb.

Sentyabrın 21-də qeyd olunan istiqamətdə Ermənistanda istehsal edilmiş xeyli sayda piyada və tank əleyhinə mina təh­lükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

XQ

Son xəbərlər