Erməni cinayətlərinin istintaqı davam etdirilir

post-img

Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan insan meyitinin qalıqları ekshumasiya edilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət faktları ilə bağlı Hərbi Prokurorluqda CM Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XQ

 

Son xəbərlər