Laçın yolundan 3 minədək avtomobil keçib

post-img

Əldə etdiyimiz məlumata görə, bu günədək 585 erməni əsilli şəxsin aksiyanın təşkil olunduğu ərazidən humanitar məqsədlə istifadəsinə şərait yaradılıb. Onlar aksiyanın təşkil olunduğu ərazidən istifadə zamanı Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərdən yararlanıblar. İndiyədək ərazidən ümumilikdə 3000-dək avtomobilin keçidi təmin olunub.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolundan is­tifadə qanuni və şəffaf olmalıdır. Bu yoldan sui-istifadə hallarına yol verilməməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına dair şərhində deyilir ki, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət ke­çid məntəqəsi yaradılması barə­də təkliflə çıxış edib: “Bu təklif Azərbaycanla Ermənistan ara­sında postmünaqişə normallaşma prosesi çərçivəsində Laçın yolu üzrə şəffaf mexanizm və etimad quruculuğu tədbiri kimi bey­nəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanıb. Lakin Ermə­nistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsi Ermə­nistanın Laçın yolunda şəffaflıq­da maraqlı olmadığını və sui-is­tifadə hallarını davam etdirmək niyyətinin göstəricisidir”.

Laçın-Xankəndi yolun­da keçirilən etiraz aksiyası ilə əlaqədar Milli Məclisin deputa­tı Vahid Əhmədov parlamentin plenar iclasında çıxışı zamanı deyib ki, Azərbaycan Laçın yo­lunda gömrük-sərhəd buraxılış məntəqəsi yaratmalıdır. Deputa­tın sözlərinə görə, bir neçə gün bundan əvvəl atəşkəs 15 dəfə pozuldu: “O cümlədən Sədərək, Şuşa və Kəlbəcərə atəş açıldı. Problem kifayət qədər ciddilə­şib. Ona görə də Laçın yolun­da nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danı­şıqları daha da intensivləşdir­mək lazımdır. Bizim Laçın yo­lunda gömrük-sərhəd buraxılış məntəqəmiz olmalıdır. Bununla həmin yoldan Qarabağ ərazi­sinə silah-sursatın çatdırılması­nın qarşısını ala bilərik. Çünki bu gün də ərazidə qeyri-qanuni erməni silahlı birləşmələri var. Vəziyyətin getdikcə kritik hal alacağı gözləniləndir”.

Milli Məclisin deputatı Ra­min Məmmədov “İrqi ayrı-seç­kiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”nın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsi 22 fevral 2023-cü il tarixli qərarını açq­layarkən bildirib ki, Azərbay­can öz öhdəliklərinə sadiqdir. Eyni zamanda Laçın yolunda ekofəalların aksiyasının, guya, Azərbaycan hökuməti tərəfindən dəstəkləndiyinə dair Ermənistan tərəfinin iddiası təmin edilmə­yib.

Deputat hesab edir ki, Ermə­nistan bütün vasitələrə əl ataraq regionda vəziyyətin sabitləşmə­sinə yönəlmiş təşəbbüslərə mane olmağa çalışır: “Ermənistanın atdığı addımlar, bu ölkənin rəs­mi şəxslərinin verdiyi bəyanatlar göstərir ki, sülh sazişinin imza­lanmasını mümkün qədər lən­gitməyə çalışırlar. Azərbaycanın Laçın yolunda şəffaflığın təmin olunması ilə bağlı irəli sürdü­yü təkliflərin İrəvan tərəfindən qəbul edilməməsi də məhz bu mövqeyin nəticəsidir. Azərbay­can sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması təklifi ilə çıxış etmişdi. Lakin Ermənis­tan bu təklifin qəbuledilməz ol­duğunu bildirdi. Əgər həqiqətən Laçın yolu Ermənistan tərəfin­dən yalnız dinc məqsədlərlə istifadə edilirsə, o zaman nə­zarət-buraxılış məntəqəsinin qu­rulmasına etiraz hansı məntiqə əsaslanır?”.

Ekoaksiyanın 76-cı günün­də nəqliyyat vasitələrinin əra­zidən maneəsiz hərəkət etməsi bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Dünən gün ərzində aksiya keçi­rilən yolda Rusiya sülhməram­lılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus, ümu­milikdə, 60-dan çox humanitar təyinatlı avtomobilin keçidinə şərait yaradılıb. Aksiya ərazi­sindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın bloka­da ilə bağlı səsləndirdiyi iddi­alar yalandır. Laçın–Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır. 

***

Laçın şəhərində Azərbayca­nın işğaldan azad edilmiş əra­zilərində məsələlərin mərkəz­ləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndir­mə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib. Laçın rayonunun ekoloji duru­mu müzakirə olunub, bu sahədə atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Tədbirdən əvvəl işçi qrupun üzvlərinin iş­tirakı ilə Laçın rayonunun Sus kəndi ərazisində Həkəri çayına forel balıqları buraxılıb.

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Son xəbərlər