Qarabağda ekoaksiya: nəticələr və gözləntilər

post-img

Azərbaycanın bir qrup QHT nümayəndəsinin Laçın–Xankəndi yolunda keçirdiyi etiraz aksiyaları 76 gündür ki, davam edir. Burada vətəndaş cəmiyyəti fəallarının ekologiyamızın qorunması məqsədilə haqlı tələbləri ortaya qoyulur. 

Azərbaycan cəmiyyəti, həmçinin ölkəmizin təbii sərvətlərinin əcnəbi şirkətlər tərəfindən qeyri-leqal yolla vəhşicəsinə istismar olunaraq daşın­masına da qəti surətdə etiraz edir. Beynəlxalq norma və qanunlar bi­zim tərəfimizdədir. Qalib ölkənin qalib vətəndaşının Vətənin ekologiyasına və sərvətlərinin taleyinə biganə qalmama­sı, kəskin etiraz səsini yüksəltməsi, ta­mamilə təbii və qürurvericidir.

Bütün bunlar proseslərin üzdə olan, görünən tərəfidir. Hadisələrin mahiy­yətinə dərindən varanda isə görürük ki, bu aksiyalar regionda gedən dərin siyasi-geopolitik proseslərin ayrılmaz tərkib hissəsidir. Regionda və qlobal müstəvidə yeni dünya düzəni formala­şır. 

Azərbaycan və onun daxil olduğu coğrafiya bu prosesin içindədir. Rəqib və düşmənlərimiz bizi siyasi proseslə­rin autsayderinə çevirməyə çalışırlar. Amma, bunlar əbəs cəhdlərdir. Reallıq budur ki, Prezident İlham Əliyevin lider­liyilə Azərbaycan bu prosesin aparıcı qüvvələrindən birinə çevrilib. Rəsmi Bakı ədalətli və prinsipial mövqe nü­mayiş etdirir. 

Laçın–Xankəndi yolunda etiraz ak­siyaları nə vaxt bitəcək? Bu sual indi çoxlarını düşündürür. Təqdirəlayiq hal budur ki, artıq ilkin müsbət nəticələr var. Aksiyadan gözləntilər isə daha da böyükdür. Ən böyük uğur budur ki, Azərbaycanda sivil, fəal və təşəbbüs­kar vətəndaş cəmiyyəti formalaşıb və uğurla başa çatacağı heç kəsdə şübhə doğurmayan aksiyalar məhz bunun real bəhrəsidir. 

Azərbaycanın ekofəalları Qara­bağda baş verən həqiqətləri dünya ictimaiyyətinin mühakiməsinə çıxar­maqla, qarşısına qoyduğu məqsədə artıq, müəyyən mənada, nail olubdur. Məsələn, Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarını qanunsuz is­tismar edən “Base metals” şirkəti fəa­liyyətini dayandırıb. Qanunsuz əməl­lərlə məşğul olan başqa şirkətlər də “çamodan əhvali-ruhiyyəsindədir”. 

Bundan başqa, Rusiya sülhmə­ramlılarının nəzarətində olan Xankən­di və ətrafındakı ərazilərə narkotik və silahların daşınmasının qarşısı alınıb. Deməli, erməni yaraqlılarının yeni si­lahlı təxribatlar törətmək imkanları aza­lır. Bu, ona dəlalət edir ki, bölgədə hib­rid müharibələrə başlamaq istəyənlərin niyyətləri gözlərində qalacaq. 

Konkret misal çəkməq məqamıdır. Qeyd edək ki, Qarabağda faydalı qa­zıntı yataqlarının qanunsuz istismarını həyata keçirən “Base metals” şirkəti ermənilərin “Vallex group” konqlome­ratının törəməsidir və Xankəndidəki qondarma “hökumətin” əsas “vergi” ödəyicilərindən biridir. Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” şirkəti 2002-ci ildə Heyvalı kəndi yaxın­lığındakı Qızılbulaq mis-qızıl yatağının qanunsuz istismarını həyata keçirib.

“Vallex Group”a isə Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın şəxsən “Vətənə xidmətə görə” medalı ilə mükafatlandırdığı Rusiya vətəndaşı olan erməni biznesmen Valeri Mejlum­yan sədrlik edir. Görürsünüzmü, kələfin ucu hara aparıb çıxarır. 

Xatırladaq ki, üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, hələ də əra­zidə tərksilah olunmayan erməni ya­raqlıları Laçın yolu ilə Ermənistanda istehsal olunan minaları daşıyaraq bu torpaqların əsl sahiblərinə “ölüm tələlə­ri” qurmaqla məşğul idilər ki, ekofəal­ların yola nəzarəti onları hazırda “iş­siz-gücsüz” qoyub. 

Rusiya vətəndaşı olan milyarder Ruben Vardanyanın qondarma “Art­sax” respublikadakı saxta dövlət naziri vəzifəsindən qovulması da ekoaksiya­ların, bütövlükdə, Azərbaycanın hücum diplomatiyasının aktivinə yazıla bilər. Qarabağa böyük xülyalarla gələn mil­yarderin siyasi və maliyyə maraqları puç olub. 

Ermənistan KİV-i uzun müddət ekofəlların aksiyası ətrafında qlobal sə­viyyədə ucuz şou düzəltməyə çalışdı. Guya, bu aksiya nəticəsində ərazidə məskunlaşan erməni əhalisinin ərzaq və dərmanla təchizatı kəskin pisləşib. Ermənilər bu dezinformasiyanı qlobal medianın gündəminə çıxarmaq üçün dəridən-qabıqdan çıxırlar. 

Amma bütün bunların saxta və ya­lan xəbərlər olduğu hər kəsə bəllidir. Azərbaycan Laçın yolunu bağlama­yıb, yalnız Ermənistandan Xankəndiyə daşınan qeyri-leqal yüklərin qarşısı­na sədd çəkib. Heç bir ölkə ərazisinə narkotik və silah daşınmasına razı ola bilməzdi. Müstəqil ölkə vətəndaşları­nın bunun qarşısını almaq üçün tam hüquqi və mənəvi haqqı var. 

 

Tural İSMAYILOV, siyasi şərhçi 

 

– Qeyd etmək lazımdır ki, Laçın–Xankəndi yolunda aylardır davam edən etiraz aksiyaları artıq öz ilkin məqsədlərinə çatıb. Nəzərə almaq lazımdır ki, qışın sərt keçdiyi bir coğ­rafiyada gənclərimiz, həqiqətən, yük­sək dəyanət və vətənpərvərlik nüma­yiş etdirirlər. Onlar böyük həvəslə bu aksiyalara qoşularaq, erməni hiylə və məkrinə qarşı öz etiraz səslərini ucal­dırlar. 

Əsas məqsəd Ermənistanın Azər­baycan ekologiyasına qarşı həyata keçirdiyi “soyqırımı”na son qoyulma­sı, ölkəmizin təbii sərvətlərinin qanun­suz istismarının qarşısının alınması­dır. İlkin nəticələrdən biri budur ki, Qarabağda qanunsuz “Base metal­s”şirkəti Azərbaycanın təbii sərvətlə­rinin istismarı prosesini dayandırıbdır. 

Xatırladaq ki, ekofəallar tərəfin­dən Ruben Vardanyanın timsalında qondarma “Artsax”da separatçılıq si­yasətinə qarşı şüarlar səsləndirmişdi. Artıq Vardanyanın oradan dabanqır­ma qaçışı baş verib. Şübhə etmirəm ki, ekofəllar digər məqsədlərinə də çatacaqlar. 

Məlum olduğu kimi, Laçın yolun­da nəzarət-buraxılış məntəqlərinin yaradılması ekofəalların əsas tələblə­rindən biri idi. Dövlət başçımız cənab İlham Əliyev bu günlərdə Münxendə keçirilən Təhlükəsizlik konfransın­da bildirdi ki, Azərbaycanın Laçın yolunda və Zəngəzur dəhlizində nə­zarət-gömrük məntəqələrinin yaradıl­ması ilə bağlı mövqeyi ABŞ və Avro­pa Birliyi tərəfindən dəstəklənir. 

Hesab edirəm ki, sözügedən məntəqələr yaradılmayana qədər aksiyalar davam edəcək. Təbii ki, aksiyalar yalnız Azərbaycanın bütün tələbləri yerinə yetirildiyi təqdirdə da­yandırıla bilər. 

Bütövlükdə, Laçın–Xankəndi yo­lundakı ekoloji aksiyalar bütün dün­yaya örnək olası gözəl bir mənzərə formalaşdırdı. Dünya birliyi belə bir həqiqətin şahidi oldu ki, xalqımız milli ekologiyamıza qarşı uzanan çirkli əl­ləri kəsmək gücündədir. 

Yeri gəlmişkən, ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyan­naməsinə görə, müharibələr davam­lı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlət­lər silahlı konfliktlər zamanı ətraf mü­hiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin Ermənistan nəinki bu prinsipləri gözləmir, əksinə, həmin prinsipləri kobud surətdə po­zaraq işğal etdikləri ərazilərdə təbiəti viran qoyur.

Bəli, dinc aksiyalar vasitəsilə Azərbaycan xalqı öz təbii sərvətlə­rinin talan edilməsinə qarşı konkret vətəndaşlıq mövqeyi ortaya qoydu. Bununla da ekofəallarımız beynəlxalq miqyasda gözəl bir nümunə sərgilə­yibdir.

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət