Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub

post-img

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış "Düşmənə qarşı tək" qısametrajlı filmində 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub.

Bunu jurnalistlərə açıqlamasında filmin ssenari müəllifi, süni intellekt üzrə mütəxəssis Sarvan Hüseyn deyib.

Filmdə olan səhnələrin hazırlanmasından bəhs edən S.Hüseyn bildirib ki, 1992-ci il Xocalıda çəkilmiş görüntülərdən ekran görüntüsü alınıb və daha yaxşı vizuallaşdırılıb: "Geyimlər, məkanlar - hər şey maksimum uyğunlaşdırılıb. Natiq Qasımovun qardaşı Nofəl Qasımov və qardaşı oğlu Namiq Qasımovdan hadisələr barədə məlumat alınıb. Ümumi məlumatlar toplanılıb və gedişata uyğun olaraq filmdə bunların hamısı öz əksini tapıb".

Mədəniyyət