Yerli dərman istehsalı artır

post-img

Bu ilin yanvar-mart aylarında Azərbay­canda 3 milyon 396 min manat dəyərində dərman istehsal edilib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin hesabatında yer alıb. 

Komitənin məlumatına görə, dərman istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 106 milyon manat və ya 3,2 faiz çoxdur. Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda 3 milyon 290 min manat dəyərində dərman istehsal edilib. 

Cari ilin aprelin biri tarixinə ölkədə 705,8 milyon manatlıq hazır dərman ehtiyatı var. Bununla yanaşı, hesabat dövründə Azərbaycanda 900 min ədəd maska istehsal edilib. Bu da illik müqayisədə dəyişməsə də, son iki ildə 700 min ədəd və ya 4,5 dəfə artım deməkdir.

XQ

İqtisadiyyat