Əməliyyat yolu ilə xeyli silah götürülüb

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Mayın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində də tədbirlər davam edir. Sonuncu tədbirlə Sabunçu və Binəqədi rayonları ərazisindən 1 avtomat silahı, 1 tapança və 9 ədəd patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat