Dəniz daşımaları 5 faiz çoxalıb

post-img

Bu ilin yanvar–iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyard 376 milyon 954 min ABŞ dolları dəyərində 1 milyon 682 min 309 ton yükün daşınması üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib. Bu göstəricilər isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,25 faiz və 5,3 faiz çoxdur. Bu barədə “XQ”yə Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Bildirilib ki, cari ilin 7 ayı ərzində də­niz nəqliyyatı ilə 1 milyard 309 milyon 528 min ABŞ dolları (33,2 faiz çox) dəyərində 1 milyon 635 min 973 ton (5,5 faiz çox) yük idxal edilib. Hesabat dövründə su nəq­liyyatı ilə 46 min 337 ton yük ixrac olu­nub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nizbətən 2,4 faiz artıq olub. İxrac olunmuş yüklərin dəyəri isə 67 milyon 426 min dol­lar təşkil edib.

İqtisadiyyat