207 mindən çox mülkiyyət qeydiyyata alınıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfin­dən cari ilin yanvar–iyul ayları ərzində daşınmaz əmlak üzərində 207 min 669 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Dövlət Xidmətinin bununla bağlı məlumatında qeyd edilir ki, bu göstə­ricinin 33 min 572-si (16,1 faiz) ilkin, 174 min 97-si (83,9 faiz) isə təkrar qeydiyyatın payına düşür. Bu ilin ilk 7 ayında fərdi yaşayış və bağ evi üzərin­də 33 min 395, mənzil üzərində 46 min 933, torpaq sahəsi 120 min 79, qey­ri-yaşayış binası 1921, qeyri-yaşayış sahəsi 4863, əmlak kompleksi 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

İqtisadiyyat