Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, cari ilin yanvar–iyul aylarında Azərbaycan 540 milyon ABŞ dolları dəyərində (ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çox) kənd təsərrüfatı məhsulları ixrac edib.
Bu ilin ilk yarısında isə xaricə 334 milyon 558 min dollar dəyərində 321 min 898 ton meyvə-tərəvəz məsulları satılıb. Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, birinci yarımildə əsas ixraca yönəldilən meyvə-tərəvəz məhsulları 136 milyon 949 min dollar dəyərində tomat (114 min 246 ton) , 51 milyon 900 min dollar dəyərində meşə fındığı (8 min 425 ton), 22 milyon 756 min dollar dəyərində alma (34 min 144 ton), 20 milyon 470 min dollar dəyərində kartof (48 min 234 ton), 27 milyon 780 min dollar dəyərində xurma (35 min 362 ton), 3 milyon 263 min dollar dəyərində nar (3 min 651 ton) olub.
Qeyd edək ki, cari ilin yanvar–iyun aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,59 faizə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20,96 faizə bərabər olub.