Azərbaycan Respublikasının 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən, 2024-cü ilin 6 ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 253 milyon manat proqnoza qarşı 3 milyard 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub və büdcə öhdəliyi 100 faiz icra olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsum və vergi daxilolmalarında artım 176,85 milyon manat və ya 5,8 faiz təşkil edib.