Neft sektoru büdcəyə 4,5 milyard manat ödəyib

post-img

Cari ilin birinci rübündə neft-qaz sektorundan dövlət büdcəsinə 4 milyard 562,6 milyon manat daxil olub. Bu da proqnozla müqayisədə 216,7 milyon manat və ya 5 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 702,6 milyon manat və ya 18,2 faiz çoxdur.

Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 30 faizi və ya 1 mil­yard 367,3 milyon manatı vergi orqanla­rının xətti ilə daxilolmalar, 70 faizi və ya 3 milyard 195,3 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edib.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirləri­nin 48,8 faizi və ya 667,9 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi­nin, 34 faizi və ya 464,8 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilərin, 17,2 faizi və ya 234,6 milyon manatı isə ABƏŞ-in mənfəət vergisinin payına düşüb. 

XQ

İqtisadiyyat