“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “RoPax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsi istismarda olduğu iki il ərzində 332 səfər həyata keçirib. Bu barədə ASCO-dan məlumat verilib. Bildirilib ki, həmin səfərlər çərçivəsində gəmi-bərə ilə 305 vaqon, 11 min 780 ədəd yük maşını, 1742 ədəd minik maşını, eləcə də 11 min 350 nəfər sərnişin daşınıb.
Xatırladaq ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmi-bərə 2022-ci il aprel 28-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Layihəsi “RoPax” tipli “Azərbaycan” gəmi-bərəsi ilə oxşar olan unikal üzən vasitə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.
XQ