Mərkəzi Bankın sədri Taleh Kazımov Bakıda keçirilən “Azərbaycan Insurtech Zirvə” tədbirində son 3 ildə sığorta sektoru aktivlərinin 34,2 faiz, balans kapitalının isə 7,7 faiz artdığını bildirib.
T.Kazımov daha sonra qeyd edilən dövr ərzində ölkədə sığorta haqlarının 67,8 faiz çoxalaraq 1 milyard 223 milyon manata, sığorta ödənişlərinin isə 26,3 faiz yüksələrək 587 milyon manata çatdığını vurğulayıb.
Mərkəzi Bankın sədri, həmçinin sözügedən sektorun ümumi daxili məhsulda (ÜDM) payının 1 faiz artdığını və yaxın gələcəkdə bu göstəricini 2 faizə çatdırmaq mümkün olacağını da xatırladıb.
XQ