Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycanın neft-qaz sektoruna 1 milyard 351 milyon manat vəsait yönəldilib. Bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,7 faiz çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 milyard 265,5 manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9 faiz artıb.
XQ