Ərzaq təhlükəsizliyinin etibarlı su təminatı

post-img

Mart ayının 13-14-də Bakıda ölkəmizlə yanaşı, bütün dünyada prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə beynəlxalq su təsərrüfatı sərgi və konfransı keçiriləcək. Bakı Su Həftəsi (“Baku Water Week”) adlandırılan bu tədbir çərçivəsində 16 ölkədən 90-a yaxın şirkət iştirak edəcək. 

Bakı Su Həftəsinə həsr olunmuş mət­buat konfransında bildirilib ki, ölkəmizdə etibarlı su təchizatına nail olunması döv­lət siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızda belə bir önəm­li tədbirin təşkil edilməsində də əsas məqsəd bu sahənin daha da inkişaf etdi­rilməsi üçün ölkəyə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su tə­minatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.

Dünyanın bir sıra yeni qlobal ça­ğırışlarla üz-üzə qaldığı indiki dövrdə su mənbələrinin çatışmazlığı da bey­nəlxalq aləmi ciddi narahat edir. Buna görə də hazırda etibarlı su təminatı, su ehtiyatlarından səmərəli şəkildə istifadə dünya ölkələri qarşısında duran strateji istiqamətdir. Azərbaycan da bu cəhət­dən istisna deyil. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edil­məsində mühüm rol oynayır. Bir sözlə, su təhlükəsizliyi, etibarlı və davamlı su təchizatına nail olunması Azərbaycanda dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. 

Həyata keçirilən layihələrin nəticə­sində ötən il Laçın şəhərinin yeni içməli və tullantı su şəbəkələri istismara verilib, Füzuli şəhərində yeni layihənin icrasına başlanılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, Şuşa şəhərinin içməli su təminatında daya­nıqlığın artırılması məqsədilə Zarıslıçay nasos stansiyasının və mərkəzi su anba­rının inşası başa çatdırılıb.

Ötən il Qazax şəhərinin içməli və tul­lantı su sistemləri istismara verilib, Yev­lax və Balakən şəhərlərində layihələrin ilkin mərhələsi üzrə işlər yekunlaşdırılıb. Eyni zamanda, Gəncə, Mingəçevir, Şəki, Şirvan, Salyan, Neftçala şəhərlərində iç­məli və tullantı su şəbəkələrinin tikintisi davam etdirilib.

Neftçala şəhərinin və ətraf kəndlərin keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə Şirvan–Muğan qrup su kəmə­rindən Neftçala rayonuna 38 kilometr uzunluğunda ikinci magistral su kəməri çəkilərək istismara verilib. Neftçala ra­yonunun 11, Salyan rayonunun 6 kən­dinin içməli su təchizatının yaxşılaşdırıl­ması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən 3-cü magistral su kəmərinin inşasına başlanılıb. Ötən il kənd və qəsə­bələrin içməli su təchizatının yaxşılaşdı­rılması məqsədilə İsmayıllı rayonunun 9, Hacıqabul rayonunun 8, Tovuz rayonu­nun 7, Qazax rayonunun 3, Ağstafa rayo­nunun 3 kəndində layihələr icra olunub.

2023-cü ildə Bakıətrafı kənd və qəsə­bələrdə içməli və tullantı su şəbəkələri­nin, Pirşağı Tullantı Sutəmizləyici Qur­ğusunun kollektorlarının tikintisi davam etdirilib.

Ümumilikdə, 2023-cü ildə 1 içməli və 5 tullantı sutəmizləyici qurğu, 4 suqəbu­ledici qurğu, 6 əks-osmos qurğusu, 30 su anbarı, 12 su və kanalizasiya nasos stan­siyası inşa olunub. Eyni zamanda, 1037 kilometr içməli, 179 kilometr tullantı su xətləri çəkilib, 26 subartezian quyusu qa­zılıb. Görülmüş işlər nəticəsində 71 min­dən çox abonent ilk dəfə mərkəzləşdiril­miş qaydada içməli su ilə təmin olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə müəyyənləşdi­rilən təxirəsalınmaz tədbirlər çərçivəsin­də çoxsaylı layihələr həyata keçirilib, su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunması­nın təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması üçün ardıcıl işlər görülüb. Məsələn, ötən il dövlət başçısı tərəfindən Bakı şəhərinin və ətraf əra­zilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pi­lot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalanıb. 

Ümumiyyətlə, reallaşdırılan tədbir­lər nəticəsində su təsərrüfatı sistemində yüksək göstəricilər qeydə alınıb. Təkcə keçən il magistral kanallar üzrə su limit­ləri, respublikanin çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cəd­vəlləri hazırlanaraq aidiyyəti üzrə təsdiq edilib. Vegetasiya suvarması dövrünün əvvəlinə əsasən, su anbarlarında 13,3 milyard kubmetr həcmində su toplanılıb.

Respublikada suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə məqsə­dilə suvarılan torpaqlarda şorlasmanın, qrunt sularının səviyyəsinin və mineral­laşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparılıb, həmin sahələ­rin meliorativ vəziyyəti qiymətləndirilib, meliorativ tədbirlərə ehtiyac duyulan torpaqlar müəyyənləşdirilib, onların yax­şılaşdırılması üzrə layihələr hazırlanıb, irriqasiya və meliorasiya sistemlərinin is­tismarı gerçəkləşdirilib.

Su anbarlarının iş rejimləri ciddi nə­zarətə götürülüb, mütəmadi olaraq rejim­lərdə operativ dürüstləşmələr aparılıb. Hesabat ilinin sonuna su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, 2022-ci ilə nisbətən isə 2,2 milyard kubmetr artıq həcmdə su toplanılıb ki, bu da su qıtliğı şəraitində əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərməklə yanaşı, cari ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar vermaya əsas verir. 

Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdı­rılması məqsədilə suvarma va kollek­tor-drenaj şəbəkələrində 52,4 milyon kubmetr hecmində lildən təmizləmə işləri aparılıb, torpaq məcralı kanalların 58 ki­lometr hissəsi beton üzlüyə alınıb, 2,9 min hidrotexniki qurğu, 6,4 min subarte­zian quyusu, 291 nasos stansiyası tə­mir edilib. Çay məcralarında 10,4 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, daş-beton bəndlərdə təmir işləri yerinə yetirilib.

Hesabat ilində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su təmi­natı məsələləri də diqqətdə saxlanılıb. Məsələn, Tərtər rayonunda sututumu 5,86 milyon kubmetr olan Suqovuşan su anbarında və 5,2 kilometr magistral kanalda, Ağdam rayonunda sututumu 23 milyon kubmetr olan Xaçınçay su anbarında və 7 kilometr magistral kanal­da tikinti işləri başa çatdırılıb. Həmçinin Füzulidə ümumi sututumu 15,5 milyon kubmetr olan Köndələnçay üzərində 3 su anbarında və uzunluğu 20,2 kilometr, sərfi 20 kubmetr/saniyə olan Tərtərçay Sol Sahil kanalının yenidən qurulması üzrə kanalın 20,17 kilometr hissəsi be­tonla üzlənib, 1066 poqonometr uzunlu­ğunda selötürən kanal tikilərək üzərində “SKADA” sisteminin quraşdırılması işləri tamamlanıb.

Ağdam, Füzuli və Cəbrayılın işğaldan azad olunan ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası, ha­belə Qız qalası su anbarından uzunluğu 56 kilometr, sərfi 65 kubmetr/saniyə olan magistral kanalın, Laçın rayonunda sutu­tumu 90,8 mln. kubmetr olan Həkəri çay və Qubadlıda sututumu 67 milyon kub­metr olan Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri aparılıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olduğu kimi, respublika­mızın digər ərazilərində də bu kimi təd­birlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələ­rinin, əkin sahələrinin, hidrotexniki qur­ğuların, həmçinin digər infrastruktur ob­yektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsi, çayların su eh­tiyatlarının nizamlanması hesabına on­lardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranıb. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat