Qarabağda kadr təminatı

post-img

Nazirlikdən həmçinin bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proq­ramı çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Şərgi Zəngəzur Regional Məşğulluq filialı tərəfindən “İşəgö­türənlərin kadr ehtiyaclarının qarşı­lanması istiqamətləri” mövzusunda dəyirmi masa təşkil edilib. 

Qeyd edilir ki, görüşdə Şərqi Zəngə­zur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azər­baycan Respublikası Prezidentinin xü­susi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə fəaliyyət göstərən işəgötürənlər və digər qurumların nü­mayəndələri iştirak edib. 

Öncə iştirakçılara agentliyin fəaliyyəti ilə bağlı məlumat verilib. İşğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərin kadr ehtiyaclarının qar­şılanması istiqamətləri, peşə hazırlığının təşklinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərdə hazırda icra olunan digər məşğulluq tədbirləri diqqətə çat­dırılıb, bu mözvularda müzakirələr apa­rılıb. Həmin ərazilərə köçürülən vətən­daşların dayanıqlı məşğulluğunun təmin olunmasında işəgötürənlərin rolundan bəhs olunub. 

Mərasimin sonunda işğaldan azad olunan ərazilərimizdə işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması üzrə görüləcək birgə işlər müzakirə edilib.

Z.HÜSEYNOVA
XQ

Sosial həyat