Ölkəmizin məşğulluq heyəti Mərakeşdə

post-img

Dövlət Məşğulluq Agentliyinin nü­mayəndə heyəti Mərakeş Krallığının Mərakeş şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət Məşğulluq Xidmətləri Şəbəkəsinin (OIC-PESNET) 4-cü görüşündə işti­rak edib. Bu barədə XQ-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunika­siya şöbəsindən verilən məlumatda deyilir.

Bildirilir ki, məclis OIC-PESNET Ka­tibliyi, Statistik, İqtisadi və Sosial Araş­dırmalar və Təlim Mərkəzi və Mərakeş Krallığının Məşğulluq və Bacarıqların Təşviqi üzrə Milli Agentliyi tərəfindən təş­kil olunub. Əsas məqsəd İƏT-in əməyin təhlükəsizliyi və sağlamlığın qorunması üzrə şəbəkəsinin 2021–2022-ci illər üzrə İş Planı çərçivəsində həyata keçirilmiş fəaliyyətlərin nəticələri ilə tanış olmaq, 2024–2026-cı illəri əhatə edən yeni iş planını müzakirə etməkdir. 

Agentliyin nümayəndələri tədbirdə qurumun fəaliyyəti və görülən işlər barə­də məlumat verib. Həmçinin Azərbayca­nın rəqamsallaşma sahəsində qabaqcıl təcrübələrinin İƏT-ə üzv ölkələr ilə bölü­şülməsi və əməkdaşlıq imkanlarının ge­nişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Ümumilikdə Dövlət Məşğulluq Xidmətləri Şəbəkəsinin 4-cü görüşü İƏT-ə üzv ölkələrin Dövlət Məşğulluq Xidmətlərinin fəaliyyəti ilə bağlı müza­kirələrə və bu sahə üzrə gələcək işlərin planlaşdırılmasına yönəlib.

Mərasimdə, eyni zamanda, İƏT-ə üzv ölkələrin Məşğulluq Xidmətlərinin insti­tutsional inkişafına dəstək üçün “Dövlət Məşğulluq Xidmətləri üzrə Potensialın Gücləndirilməsi Proqramı” (PES-CaB) çərçivəsində yeni İş Planının müvafiq tematik sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Z.HÜSEYNOVA
XQ

Sosial həyat