Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 121 Bakı şəhəri, 5 mart 2024-cü il

“Azərbaycan Respublikası Prezi­dentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2018-ci il 13 fevral tarixli 999-VQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Prezi­dentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2018-ci il 20 fevral tarixli 1838 nömrəli, “Azərbaycan Res­publikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası­nın 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun tətbiqi və “Azər­baycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edil­məsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qa­nununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərma­nında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 6 mart tarixli 1867 nömrəli, “Torpaq icarəsi haqqında” Azərbay­can Respublikasının Qanununda də­yişikliklər edilməsi barədə” Azərbay­can Respublikasının 2018-ci il 31 may tarixli 1154-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 11 iyun tarixli 138 nömrəli, “Milli məkan məlu­matlarının formalaşdırılması və inteq­rasiyası Qaydalarının təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli və “Azərbaycan Respubli­kası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdi­rilməsi ilə bağlı bəzi məsələlər haqqın­da” 2019-cu il 19 mart tarixli 597 nömrəli fərmanlarında dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublika­sı Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral ta­rixli 999-VQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyest­ri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2018-ci il 20 fevral tarixli 1838 nömrəli, “Azərbaycan Respublikasının Şəhər­salma və Tikinti Məcəlləsində dəyişik­liklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 982-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsal­ma və Tikinti Məcəlləsinin təsdiq edilmə­si, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbay­can Respublikasının 2012-ci il 29 iyun ta­rixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilmə­si haqqında” 2018-ci il 6 mart tarixli 1867 nömrəli, “Torpaq icarəsi haqqında” Azər­baycan Respublikasının Qanununda də­yişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1154-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 11 iyun tarixli 138 nömrəli, “Milli məkan məlumatlarının for­malaşdırılması və inteqrasiyası Qaydala­rı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli və “Azər­baycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli 597 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 14 dekabr tarixli 2388 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1126 (Cild I); Azər­baycan Respublikası Nazirlər Kabineti­nin 2022-ci il 2 dekabr tarixli 429 nömrəli Qərarı) 4-cü hissəsi ləğv edilsin.

2. “Bələdiyyələrin yazılı və ya elekt­ron sorğuları əsasında daşınmaz əmla­kın dövlət reyestrinin məlumatlarının ve­rilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 417 nömrəli Qərarının (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2018, № 9, mad­də 1945 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

3. “Torpaq sahəsindən istifadənin iq­tisadi əsaslandırılmasının Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 512 nömrəli Qəra­rının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2018, № 11, maddə 2459 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

4. “Ərazi Tikinti-Planlaşdırma Mərkə­zinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edil­məsi haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 3 nömrəli Qərarının (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 61 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları