Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 122 Bakı şəhəri, 6 mart 2024-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayö­nümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil ol­maqla, dövlət büdcəsi qarşısında öh­dəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ın təsdiq edilməsi barədə” 2010-cu il 28 iyul tarixli 143 nömrəli, “Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları­nın hazırlanması və qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2011-ci il 11 noyabr tarixli 184 nöm­rəli və “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyat­larının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 sent­yabr tarixli 365 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqın­da” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi barədə” Azər­baycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. “Dövlət büdcəsindən maliyyə yar­dımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxs­lərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2010-cu il 28 iyul ta­rixli 143 nömrəli Qərarının (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 708 (Cild I) 2-ci hissə­sinin birinci abzasından “və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nə­zarət Palatasına” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli 184 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1066 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Ban­kının normativ xarakterli aktlarının hazır­lanması və qəbul edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bənddə “bütün banklar, bank olmayan kredit təşkilatları” sözləri “nəzarət etdiyi bütün subyektlər” sözləri ilə əvəz edilsin;

2.2. 4.2-ci bənddə “Azərbaycan Respublikasının “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlarına” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respubli­kasının Qanununa, habelə maliyyə ba­zarlarını tənzimləyən digər qanunlara” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1237 (Cild I) ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul və­saitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın 1.2-ci bəndində “və kredit təşkilatlarına” sözləri “, kredit təşkilatlarına və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxs­lərə” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları