Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 120 Bakı şəhəri, 5 mart 2024-cü il

“Azərbaycan Respublikası Pre­zidentinin “Reklam haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azər­baycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanu­nunun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanu­nunun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanı­nın ləğvi haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında də­yişikliklər edilməsi barədə” 2017-ci il 31 iyul tarixli 1568 nömrəli, “Azərbay­can Respublikasının Torpaq Məcəllə­sində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 947-VQD nömrəli Qa­nununun tətbiqi və “Azərbaycan Res­publikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərma­nında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 1775 nöm­rəli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edil­məsi haqqında” Azərbaycan Respub­likasının 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mül­ki Məcəlləsinin təsdiq edilməsi, qüv­vəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərma­nında dəyişiklik edilməsi haqqında” 2018-ci il 5 fevral tarixli 1807 nömrə­li fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr ta­rixli 2398 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barə­də” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qa­nununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbay­can Respublikası Qanununun tətbiq edil­məsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fər­manında dəyişikliklər edilməsi barədə” 2017-ci il 31 iyul tarixli 1568 nömrəli, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 947-VQD nömrəli Qa­nununun tətbiqi və “Azərbaycan Respub­likasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respubli­kasının Torpaq Məcəlləsinin tətbiq edil­məsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 1775 nömrəli və “Azərbaycan Res­publikasının Mülki Məcəlləsində dəyi­şikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr ta­rixli 918-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzim­ləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 5 fevral tarixli 1807 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 15 dekabr tarixli 2398 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2017-ci il 26 dekabr ta­rixli 598 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2543 (Cild I) 5-ci hissəsi aşağıdakı redaksiyada ve­rilsin:

“5. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən sənəddə dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanla­rının normativ hüquqi aktlarının layihələ­rinin hazırlanması, razılaşdırılması, qə­bul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 iyun tarixli 253 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1352 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnziba­ti Xətalar Məcəlləsinə əsasən Azərbay­can Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxıl­ması üçün məhkəməyə göndərilən in­zibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın “Qeyd” hissəsi ləğv edilsin.

3. “Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tər­kib hissələrin bağlı olduğu payların nis­bətini müəyyənləşdirən bölünmə planının razılaşdırılması Qaydası”nın təsdiq edil­məsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 dekabr tarixli 568 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2758 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları