Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 119 Bakı şəhəri, 5 mart 2024-cü il

“Azərbaycan Respublikası Pre­zidentinin “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 296-VIQD nömrəli Qanununun tətbiqi haqqında” 2021-ci il 17 iyun tarixli 1365 nömrəli, “Şə­hid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 295-VIQD nömrəli Qanununun tətbiqi haqqında” 2021-ci il 17 iyun tarixli 1366 nömrəli, “Azər­baycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və sa­tışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqın­da” 2022-ci il 11 aprel tarixli 1661 nömrəli və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti­nin 1997-ci il 7 aprel tarixli 568 nöm­rəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 28 dekabr tarix­li 1941 nömrəli fərmanlarında dəyi­şiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2395 nömrəli Fərma­nının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 296-VIQD nömrəli Qa­nununun tətbiqi haqqında” 2021-ci il 17 iyun tarixli 1365 nömrəli, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respub­likasının 2021-ci il 23 aprel tarixli 295-VIQD nömrəli Qanununun tətbiqi haqqın­da” 2021-ci il 17 iyun tarixli 1366 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərə­findən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 11 aprel tarixli 1661 nömrəli və “Sosial sı­ğorta haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nöm­rəli Qanununun tətbiqi və “Sosial sığor­ta haqqında” Azərbaycan Respublika­sı Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” 2022-ci il 28 dekabr tarixli 1941 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2395 nömrəli Fərmanının icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır:

1. “Müharibə veteranlarının reyestri­nin aparılması Qaydası”nın təsdiq edil­məsi haqqında” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2022-ci il 5 avqust tarixli 280 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 969 (Cild I) 2-ci his­səsi ləğv edilsin.

2. “Şəhid və şəhid ailəsi statusu al­mış şəxslərin reyestrinin aparılması Qay­dası”nın təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 avqust tarixli 281 nömrəli Qə­rarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2022, № 8, maddə 970 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

3. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Na­zirliyi tərəfindən mənzillərin hərrac va­sitəsilə satışı Qaydası”nın təsdiq edilmə­si haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sent­yabr tarixli 371 nömrəli Qərarının (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1104 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

4. “Azərbaycan Respublikasının iş­ğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunan­lar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi­nin vəsaiti hesabına subsidiyalaşdırılma­sı şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2023-cü il 8 dekabr tarixli 445 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1780 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları