Dövlət Statistika Komitəsindən bildirildiyinə görə, cari ilin yanvar ayında Azərbaycan 54 milyon 611 min ABŞ dolları dəyərində 49 min 606 ton meyvə-tərəvəz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,2 faiz və 21,1 faiz çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2,96 faizini, qeyri-neft sektoru üzrə ixracının isə 24,59 faizini təşkil edib.
Ötən ay Azərbaycana 28 milyon 710 min ABŞ dolları dəyərində 42 min 633 ton meyvə-tərəvəz idxal edilib. Bu, illik müqayisədə müvafiq olaraq 2,2 dəfə və 3,9 faiz çoxdur. Dövr ərzində meyvə-tərəvəz idxalının ölkənin ümumi idxalında payı 2,51 faiz olub.
XQ