Bu ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna 523,1 milyon manat həcmində vəsait yönəldilib. Bu barədə XQ-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ilin ilk ayında neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44,5 faiz artıb. Bütövlükdə isə, 2023-cü ildə Azərbaycanın neft-qaz sektoruna 6 milyard 265,5 milyon manat vəsait yönəldilib ki, bu da əvvəlki ilə nisbətən 10,9 faiz çox olub.
XQ