Azərbaycanın ümumi ixracı 26,5 milyard dollar təşkil edib

post-img

 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz artaraq 2,4 milyard ABŞ dolları təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. İlin sonunadək bu rəqəm 3,3 milyard dollar təşkil edəcək.

Azərbaycan hökuməti 2023-cü ilin sonuna qədər qeyri-neft ixracını 3 milyard 340,8 milyon dollar səviyyəsində gözləyir. 2024-cü ildə qeyri-neft sektoru üzrə ixrac 3 milyard 746,7 milyon dollara yüksələcək.

P.ƏFƏNDİ

İqtisadiyyat