Məktəblilər Sərhəd Xidməti Akademiyası ilə tanış olublar

post-img

Xətai rayonundakı 257 və 269 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri və “Dəniz” uşaq baxçası kollektivlərinin sərhədçi peşəsinə marağının artırılması və hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Dövlət Sərhəd Xidməti Akademiyasına (DSX) ekskursiyaları təşkil edilib.

Bu barədə XQ-yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksi ziyarət edilib, abidə önünə güllər düzüb.

Sonra tədbir iştirakçılarına Azərbaycan Rеspublikasının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyеvin sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdirilməsini təmin edən, müasir standartlara cavab verən şərait, güclü еlmi-tədris baza və yüksək ixtisaslı hərbi-pеdaqoji hеyət barədə geniş məlumat verilib. 

Prezident İlham Əliyevin sərhədçilərlə görüşlərini əks etdirən fotoşəkillər və Vətən müharibəsində qəhrəmanlıq göstərmiş sərhədçilər haqqında məlumatların yer aldığı guşə qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində məktəblilər və uşaqlar kursantların tədris prosesi, məişət şəraiti ilə yaxından tanış olublar.

 

P. ƏMİRCANOV
XQ

 







Sosial həyat