Rəşad Məcid: Özünə hörmət edən ciddi media subyektləri sərsəm fikirlər yaymamalıdır

post-img

"Sosial şəbəkələrin meydan suladığı indiki dövrdə psixi pozğunluğu, sapıntılı orientasiyası, şübhəli reputasiyası, küt düşüncəsi olan adamlar hər cür sərsəm fikirlər səsləndirə bilərlər". 

Bu fikirləri FB hesabında Azərbayca Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb.

Sədr bildirib ki, özünə hörmət edən ciddi media subyektləri, normal düşüncəli fəal sosial şəbəkə istifadəçiləri belə sərsəm fikirləri yaymamalı, tirajlamamalı, əksinə, hiddət və etirazlarını bildirməlidirlər. Xaosun, bulanıqlığın qarşısında sipər olmalıdırlar.

 

Rizvan FİKRƏTOĞLU,

XQ

 

Sosial həyat