Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Nazirlikdə növbəti vətəndaş qəbulu keçirilib.

XQ xəbər verir ki, qəbul zamanı elektrik enerjisi və qaz təchizatı, qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.







İqtisadiyyat