Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl və Laçında yerquruluşu işləri yekunlaşaraq kadastr sisteminə miqrasiya olunub

post-img

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə dövlət torpaq kadastr uçotu işləri davam etdirilir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, yerquruluşu işləri çərçivəsində indiyədək 718.406,5 hektar ərazidə çöl ölçmə işləri aparılıb. Zəngilan (70.860 hektar), Qubadlı (79.876 hektar), Kəlbəcər (195.406 hektar), Cəbrayıl (104.936,5 hektar) və Laçın (177.417 hektar) rayonları üzrə işlər yekunlaşdırılaraq müvafiq kadastr sisteminə miqrasiya olunub, Füzuli (45.636 hektar) və Ağdam (44.275 hektar) rayonları üzrə isə işlər aparılır.

İqtisadiyyat