Hüquq və İnsan Haqları İnstitutu təcrübə proqramı elan edir

post-img

Hüquq və İnsan Haqları İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, insitutut ali təhsil müəssisələrində hüquqşünaslıq və jurnalistika ixtisası üzrə 3-cü və 4-cü kurs bakalavr və ya magistratura pilləsində təhsil alan tələbələr üçün təcrübə proqramı elan edir. Layihədə, həmçinin, yüxarıda qeyd olunan ixtisaslar üzrə cari ildə məzun olmuş gənclər də iştirak edə bilərlər.

Təcrübə proqramının müddəti 4 və ya 8 həftə nəzərdə tutulub. Tələbələr yarım iş günü ərzində təcrübə proqramında iştirk edə biləcək. Hər ixtisas üzrə 3 təcrübəçinin seçilməsi nəzərdə tutulur.

Proqramda iştirak etmək istəyən şəxslər öz CV-lərini 1 noyabr 2023-cü il  tarixədək [email protected] elektron poçt ünvanına göndərə bilər.

Təcrübə proqramı ödənişsizdir.

Təcrübə proqramını uğurla bitirmiş şəxslər İnstitutun sertifikatı ilə təltif olunacaqlar.

XQ

Son xəbərlər