“Ağıllı sənaye” ölkəmizdə tərəqqini sürətləndirəcək

post-img

Bu yöndə süni intellektin tətbiq dairəsi genişlənir

Dünən Bakıda “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçi­vəsində “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilib. 

Tədbirdə çıxış edən iqtisadiyyat na­zirinin müavini Sahib Ələkbərov bildirib ki, texnologiyanın sürətli inkişafı və qa­baqcıl “Generative Pre-Trained Trans­formator” (GPT) modellərinin yaran­ması satınalmalar üçün standartların işlənib hazırlanmasına böyük ehtiyac doğurur. Bu sahədə yeni qaydaların və prosedurların hazırlanmasının vacibli­yini vurğulayan nazir müavini deyib ki, müəssisələr daxilində satınalma pro­sesini daha səmərəli təşkil etmək üçün rəhbər heyət təşkilatın süni intellekt strategiyasının vahid planını müəyyən­ləşdirməlidir.

Bununla bağlı mövcud sta­tistikanı diqqətə çatdıran Sahib Ələkbərovun bildirdiyinə görə, 2022-ci ildə süni intellekt baza­rı 136 milyard dollar dəyərində qiymətləndirilib. 2023-cü ildən 2030-cu ilə qədər bu bazarın illik 37,3 faiz nisbətində böyüyəcəyi gözlənilir. Qeyd olunub ki, Dünya İqtisadi Forumu tərəfindən süni intellekt əsaslı həllərin satınal­maları zamanı istifadəsi tövsiyə olunan təlimatlar ekosistemin formalaşdırılması istiqamətin­də önəmli addımlardan biri kimi qiymətləndirilməlidir. Həmin təli­matlar süni intellekt həllərini satın almaq istəyən qurumlara faydalı çərçivə təmin edə, əlavə olaraq növbəti mərhələlərdə sözügedən proseslərdə standartların forma­laşdırılmasına və bu sahədə tən­zimləyici nəzarəti həyata keçirən dövlət qurumlarının fəaliyyətinə də önəmli töhfə verə bilər.

Nazir müavini bildirib ki, 2030-cu ilədək dövlət, özəl və vətən­daş cəmiyyətini əhatə etməklə iqtisadiyyata töhfə verəcək 9 əsas layihə və bu layihələr çər­çivəsində 69 fəaliyyət istiqaməti üzrə Azərbaycanda iqtisadi ar­tımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmət­lərinin fəaliyyətinin təkmilləşdiril­məsini təşviq etmək üçün rəqəm­sal texnologiyadan geniş istifadə olunmasını təmin etmək nazirlik qarşısında duran ən mühüm və­zifələrdən biridir. 

Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi innovasiyaları, inklüzivli­yi əhatə edən, onları Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin bütün aspektlərinə səmərəli şə­kildə inteqrasiya edən iqtisadi ar­tım üçün istiqamətləndirici baxı­şın həyata keçirilməsinə çalışır. Bu strategiyanın reallaşdırılması yeni dövrdə Azərbaycanda biz­nes transformasiyasının güclən­dirilməsindən tutmuş potensialın artırılmasına, IV Sənaye İnqila­bına aid texnologiyaların geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzin qurulmasına, rəqəmsal əkizlərin yaradılma­sına və “Lokal Generative Süni İntellekt” təşəbbüsünün həyata keçirilməsinə, sahibkarlığın təş­viq edilməsinə və əlverişli infrast­rukturun dəstəklənməsinə qədər bütün sahələrdə inkişafa zəmin yaradacaq.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışında qeyd edib ki, ölkəmizdə “Dövlət satınalmaları haqqında” yeni qa­nunun tətbiqi ilə gələn il yanvarın 1-dən dövlət satınalmalarının 100 faiz rəqəmsal platformalardan istifadə etməklə təşkili və aparıl­ması nəzərdə tutulur. Qeyd olu­nub ki, qanun layihəsi beynəlxalq təcrübəyə uyğun hazırlanıb və hazırda bütün proseslər, neqativ hallar dövlət qurumlarından və bazardan alınan rəylər əsasında qiymətləndirilib. Onun sözlərinə görə, yeni qanunla tətbiq edilən rəqəmsallaşma təkcə əlçatanlıq və şəffaflıq baxımından deyil, həm də dərin dövlət satınalmaları məlumatlarına əsaslanan alter­nativ, daha səmərəli həllərin or­taya çıxması baxımından faydalı olacaq. 

M.Abbasbəyli bildirib ki, Döv­lət Xidməti üçün xidmət platforma­sının və keyfiyyətli platformanın yaradılması son mərhələdədir. “Bu platformalar tətbiq olunduq­dan sonra Xidmətin bütün fəa­liyyəti rəqəmsallaşdırılacaq. Biz süni intellektdən istifadə etməklə dövlət satınalmalarında qüsur­ları müəyyən etmək üçün tərəf­daş şirkətlərlə işləyirik”, – deyə o əlavə edib. 

Tədbirdə İqtisadiyyat Nazirli­yi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi­nin icraçı direktoru Fariz Cəfərov çıxış edərək bildirib ki, kənd təsər­rüfatında dronların tətbiqi, elekt­ron hökumət portalında “ASAN login” üzərindən üztanıma əsaslı sistemə giriş imkanı mövcuddur. Onun dediyinə görə, Azərbaycan Kolumbiyanın Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə kənd təsər­rüfatında dronların, əşyaların in­ternetinin tətbiqi, həmçinin kənd təsərrüfatında məhsuldarlığın ar­tırılması istiqamətində təcrübəsini öyrənir. 

Qeyd olunub ki, hazırda Dövlət Neft Şirkətinin (SOCAR) və digər sənaye qurumların­da, neft-qaz təşkilatlarında süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələr icra edilir, göm­rük məntəqələrində xüsusi kom­püterlər və kameralar vasitəsilə məhsulların skan olunması və onların detalları ilə bağlı araşdır­ma aparılması istiqamətində işlər görülür. 

Dünya təcrübəsinin Azərbay­cana gətirilməsi istiqamətində digər dördüncü sənaye inqilabı mərkəzləri ilə ortaq əməkdaşlıq edildiyini vurğulayan icraçı direk­tor qeyd edib ki, Azərbaycanda süni intellektə dair, təqribən, 80 səhifədən ibarət çərçivə sənədi hazırlanıb ki, bununla da Azər­baycan dünyada bir ilkə imza atıb, indiyə qədər yalnız Brazi­liyada bələdçi sənəd tətbiq olu­nub. Dünya İqtisadi Forumunda çərçivə sənədi 3 dildə–ingilis, ispan və Azərbaycan dillərində təqdim edilib. “Biz qürur duyuruq ki, mütəxəssislərimiz bu sənədi tərcümə edərək həmkarlarımız üçün əlçatan ediblər. Bundan başqa, biz “Ağıllı sənayenin qiy­mətləndirilməsi” indeksini Azər­baycana gətirmişik. 

Hər bir sənaye obyektini 3 is­tiqamətdə təhlil etməklə (proses­lərin təhlili, texnologiyanın təhlili və təşkilati quruluşun təhlili) on­lara Rəqəmsal Yol Xəritəsi hazır­layırıq. Bu istiqamətdə Sinqapur və Türkiyədən olan həmkarlarımız bizə dəstək göstərirlər. Artıq “SO­CAR Polymer” MMC və “Azer­Gold” ASC-də bu qiymətləndir­mələr tətbiq olunub. Onlar üçün Yol Xəritəsi hazırlanıb. Növbəti mərhələdə isə SOCAR-ın 3 alt təşkilatında bu qiymətləndirmənin tətbiqi nəzərdə tutulur. Bu da onla­rın rəqəmsallaşma yolunda hansı mərhələdə olmasını göstərəcək”, – deyə F.Cəfərov əlavə edib. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat