DİN-in mətbuat xidmətinin məlumatı

post-img

Dekabrın 4-də ölkə ərazisində qeyd alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 297, o cümlədən borclu şəxs qismində axtarışda olan 258 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb. Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb. 

Ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə, 1 avtomat silahı, 8 tüfəng və 39 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

XQ

 

Hadisə