Tikintidə qeyri-dövlət sektorunun payı 88,8 faizdir

post-img

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 2 milyard 38,6 milyon manatı (91,1 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub.

2023-cü ilin yanvar–iyul aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilən inşaat işlərinin 80,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,3 faizini əsaslı təmir, 8,2 faizini cari təmir, 5,3 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

“Xalq qəzeti”

İqtisadiyyat