30 min ton ərzaqlıq buğda tədarük olunub

post-img

30 min ton ərzaqlıq buğda tədarük olunub

Respublikamızda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi aşağı olduğu üçün dövlətimizin başçısı tərəfindən bu istiqamətdə yeni hədəflər müəyyənləşdirilib və qarşıdakı 3-4 ildə vəziyyəti yaxşılaşdırmaq məqsədilə müvafiq qurumlara tapşırıqlar verilib. 

Eyni zamanda cari ilin əvvəlindən etibarən 5 il müddətində ərzaqlıq buğ­daya məhsul subsidiyasının tətbiqinə başlanılıb, daxili bazarda strateji mallar üzrə qısamüddətli kəskin qiymət dəyiş­mələrinin qarşısını almaq üçün Dövlət Ehtiyatları Agentliyi yaradılıb. Dövlət Taxıl Fondu isə bu agentliyin sərənca­mına verilib.

Azərbaycan Prezidentinin 2022-ci il 19 iyul tarixli “Ərzaqlıq buğda ilə özü­nütəminetmə səviyyəsinin yüksəldil­məsinə dair bir sıra tədbirlər haqqında” fərmanında da ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yük­səldilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. 

Kənd Təsərrüfatı Nazirliyinin məlu­matına görə, ölkə Prezidentinin həmin fərmanının icrası istiqamətində ötən müddətdə işlər uğurla davam etdirilib. İndiyə qədər 18 rayonda 28 təsərrü­fatla 22,4 min hektar pivotaltı sahədə ərzaqlıq buğda istehsalının həyata ke­çirilməsinə dair müqavilələr bağlana­raq əkinlər aparılıb. Şirkətlərdən daxil olan operativ məlumatlara əsasən hə­min sahələrin 22 min hektarından (98,1 faiz) 111,8 min ton məhsul istehsal edi­lib. Hər hektardan orta məhsuldarlıq 50,1 sentner olub.

Fərmanın icrası məqsədilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi­nin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaş­dırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehti­yatları Agentliyinin Kənd təsərrüfatı, İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti bu il iyunun 21-də “Ərzaqlıq buğdanın dövlət tədarük qiy­mətinin müəyyənləşdirilməsi barədə” sərəncam verib. Sərəncama əsasən, Nazirlər Kabineti 7 iyul 2009-cu il ta­rixli qərarı ilə təsdiqlənən “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində vurğulanan keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonu­nun dövlət tədarük qiymətini 2023-ci il üçün 450 manat müəyyənləşdirib. 

Fərmana əsasən, Kənd Təsərrü­fatı Nazirliyi ilə bağlamış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentli­yinə və un dəyirmanlarına təhvil veril­miş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsi­diyası ödəniləcək.

Respublikamızda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yük­səldilməsi üçün bu məhsulun idxalı da diqqətdə saxlanılıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında 493,2 min ton­dan çox buğda idxal edilib. İdxal edilən buğdanın dəyəri 145,5 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məb­ləği 142,9 milyon dollar olmaqla, 400,7 min ton buğda idxal edilib.

Hesabat dövründə düyü idxalı da artıb. Belə ki, cari ilin 6 ayında dəyə­ri 32,5 milyon dollar olan 36,4 min ton düyü idxal edilib. Ötən ilin eyni dövrün­də 31,5 min ton düyü idxalı həyata ke­çirilib. İdxal edilən düyünün dəyəri 26,6 milyon dollar olub.

Qarğıdalı idxalında da artım baş verib. Bu müddətdə 17,5 milyon dollar­lıq 56,3 min ton qarğıdalı idxal olunub. Ötən ilin eyni dövründə isə məbləği 14 milyon dollar olan 38 min ton qarğıdalı idxal edilib.

V.BAYRAMOV, “Xalq qəzeti”

 



İqtisadiyyat