NASA nüvə enerjisi ilə işləyən eksperimental kosmik gəmi yaratmaq üçün "Lockheed Martin" şirkətini seçir

post-img

O, 2027-ci ilə qədər kosmosa uça bilər

NASA və Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) DRACO Termal Nüvə Kosmik Eksperimental Aparatını hazırlamaq üçün "Lockheed Martin" şirkətini seçib. Spacenews.com xəbər verir ki, aparatın ilk uçuşunun 2027-ci ildən gec olmayaraq baş tutacağı gözlənilir.

DRACO layihəsinin icrasına 2019-cu ildə start verilib. Onun məqsədi nüvə raket mühərriki ilə nümayiş etdirilən kosmik gəmi hazırlamaqdır. Nüvə reaktorunun yaradılması "General Atomics" şirkətinə həvalə edilmişdi. "Blue Origin" və "Lockheed Martin" 2021-ci ildən kosmik gəmi yaratmaq hüququ uğrunda mübarizə aparırdılar.

26 iyul 2023-cü ildə NASA və DARPA "Lockheed Martin" ilə aparatı inkişaf etdirmək məqsədi ilə müqavilə bağladılar və şirkətə 499 milyon dollar mükafat verdilər. 

Reaktor yüksək konsentrasiyalı aşağı zənginləşdirilmiş uranla işləyəcək. Onu "BWX Technologies" tərəfindən hazırlanacaq.

Ehtimal olunur ki, aparat 2027-ci ildən gec olmayaraq Falcon 9 və ya Vulcan raketindən istifadə etməklə yeddi yüz ilə iki min kilometr yüksəklikdə aşağı Yer orbitinə çıxacaq. Reaktor yalnız orbitə çatdıqdan sonra işə salınacaq. Bütün sınaqlar aparıldıqdan sonra aparatı orbitdə təhlükəsiz məsafədə saxlayaraq dayandıracaqlar.

"Xalq qəzeti"

 

Maraqlı