Qarabağda çalışmaq istəyənlərin 70 faizi yerli sahibkardır

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumatına əsasən, bugünədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan KOBİA-ya 1500-ə yaxın müraciət daxil olub ki, onlardan 70 faizi yerli biznes subyektlərinin müraciətləridir.

Agentlikdən eyni zamanda qeyd edilib ki, KOB-ların maliyyə imkanlarının yaxşılaşdırılmasına dəstək məqsədilə onların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində indiyədək 39 KOB subyektinə 750 min manatdan çox qrant vəsaiti verilib.

“Xalq qəzeti”

 

İqtisadiyyat